Azərbaycanda yeni armatur növü istehsal olunacaq

Azərbaycanda yeni armatur növü istehsal olunacaq
# 22 oktyabr 2008 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Baku Stell Company» şirkəti AT 1000 markalı armatur istehsal etməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat katibi Namiq Əhmədov məlumat verib.
«Bizdə AT 1000 markalı armaturların istehsalı üçün imkanlar var. Təkliflər olarsa, bu məmulatın istehsalını həyata keçirə bilərik», - deyə N.Əhmədov vurğulayıb.
AT 1000 markalı armaturlar termomexaniki xassələrinə görə, digər armaturlardan fərqlənir və ərimə imkanları azdır.
N.Əhmədov «Baku Stell Company» şirkətinin son vaxtlar dəmir qırıntıları ilə təchizatında heç bir problem müşahidə olunmadığını qeyd edib. Onun sözlərinə görə, son vaxtlar şirkət ay ərzində 1400 tona yaxın dəmir qırıntısı toplaya bilir.
«Baku Stell Company»nin aylıq istehsal gücü 25 min ton armatur təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR