Azərbaycan gələn ilin əvvəlində «Ümid» qaz kondensat yatağında ikibloklu platforma istismara verəcək

Azərbaycan gələn ilin əvvəlində «Ümid» qaz kondensat yatağında ikibloklu platforma istismara verəcək
# 23 oktyabr 2008 12:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Xəzər sektorunda yerləşən «Ümid» qaz kondensat yatağında quraşdırılan «Umid-1» ikibloklu platformanın birinci bloku dənizin dibinə bərkidilir. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Eyni zamanda, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu platformanın 1800 ton ağırlığında olan ikinci blokunun hazırlanmasını başa çatdırıb. Noyabr ayının ortalarında blokun dənizlə nəql edilərək layihə yerinə yerləşdirilməsi və dənizin 58 metr dərinliyində birinci blokla birləşdirilməsi planlaşdırılır. «Ümid-1» platformasının 2009-cu ilin əvvəllərində istismara verilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR