Azərbaycanın aparıcı sement istehsalçısı gücünü 31% artıracaq

Azərbaycanın aparıcı sement istehsalçısı gücünü 31% artıracaq
# 23 oktyabr 2008 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC-də yeni sobanın istifadəyə verilməsindən sonra zavodun illik istehsal gücü təxminən 31% artacaq. Bu barədə «APA-Economics»ə ASC-nin marketinq meneceri Kamran Abbasov məlumat verib.
K.Abbasovun sözlərinə görə, yeni soba artıq 2011-ci ildə istismara veriləcək ki, zavodda klinkerin illik istehsalı 0,8 mln. tondan 1,2 mln. tona qədər, sement istehsalı isə 1,3 mln. tondan 1,7 mln. tona qədər artırılacaq.
Qeyd edək ki, yeni sobanın quraşdırılması ətraf mühitə təsirin minimallaşdırılmasını nəzərdə tutur. Həmçinin, enerji sərfinin 50%-dən az olacağı gözlənilir. Layihənin ümumi dəyəri 327 mln. avro təşkil edir.
Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestisiya Şirkəti çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR