«StatoilHydro» şirkəti Azərbaycanda yerli mütəxəssislər üçün tullantıların idarə olunması sisteminə dair ekoloji seminar keçirib

«StatoilHydro» şirkəti Azərbaycanda yerli mütəxəssislər üçün tullantıların idarə olunması sisteminə dair ekoloji seminar keçirib
# 23 oktyabr 2008 15:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə Norveçin «StatoilHydro» şirkəti 51 mütəxəssisin iştirakı ilə tullantıların idarə olunması sisteminə dair ekoloji seminar keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Seminarın keçirilməsində əsas məqsəd Norveç şirkətinin tullantıların idarə olunması ilə bağlı təcrübəsini yerli mütəxəssislərə təqdim etmək olub. Tədbirdə «Tullantıların idarə olunmasına dair təlimatlar və qaydalar: Dünya Bankı və Norveç», «Tullantılar resursa çevrilə bilər, Norveçdə tullantıların təmizlənməsi üsulları», «Biz, «StatoilHydro» şirkətində tullantıları necə idarə edirik» və s. mövzularda məruzələr dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR