Azərbaycanda ilk dəfə iri qaz sayğacları istehsal olunacaq

Azərbaycanda ilk dəfə iri qaz sayğacları istehsal olunacaq
# 24 oktyabr 2008 08:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Gəncə Sənaye Cihaz» ASC Azərbaycanda ilk dəfə iri mexaniki qaz sayğaclarının istehsalına hazırlaşır. Bu barədə «APA-Economics»ə «Gəncə Sənaye Cihaz» ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski məlumat verib. Sədrin sözlərinə görə, daha çox qazın nəql edildiyi obyektlər üçün nəzərdə tutulan J6, J10 sayğaclarının «Aktaris»in detalları əsasında istehsalı planlaşdırılır.
Hazırda bununla bağlı Fransanın «Aktaris» şirkəti ilə danışıqlar aparılır. Danışıqlar bu ilin noyabrın ayının sonu və ya dekabrın əvvəlində yekunlaşacaq.
Belə sayğaclara Azərbaycanda böyük tələbatın olduğunu deyən F.Yelisuyski bildirib ki, istehsala gələn ilin əvvəlindən başlamaq nəzərdə tutulur.
Qeyd edək ki, J6, J10 paslanmayan və uzun müddət istifadə oluna bilən qaz sayğaclarıdır. J6 qaz sayğacının ölçmə gücü 0,06-10, J10 qaz sayğacının isə 0,1-16 kubmetr/saat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR