Azərbaycan bu il yeraltı qaz anbarlarına rekord həcmdə ehtiyat yığıb

Azərbaycan bu il yeraltı qaz anbarlarına rekord həcmdə ehtiyat yığıb
# 24 oktyabr 2008 10:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda mövcud yeraltı qaz anbarlarına vurulan qazın həcmi 2008-ci ildə rekord həddə çatıb. APA-nın məlumatına görə, bunu «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov bildirib: «Bu il yeraltı anbarlara 1,35 mlrd. kubmetr qaz vurulub».
«Bu ehtiyat bizə imkan verəcək ki, qış vaxtı əhalinin təbii qaza olan tələbatını tam şəkildə ödəyək», - deyə Ə.Məlikov vurğulayıb.
«Azəriqaz» başçısı yeraltı anbarlara vurulan təbii qaz ehtiyatı ilə istənilən hava şəraitində yarana biləcək problemlərin qarşısının alınacağını qeyd edib.
Xatırladaq ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur – Qaradağ və Qalmaz anbarları və onların ümumi gücü 2 mlrd. kubmetrdən artıqdır. Azərbaycanın qaza olan illik tələbatı 13 mlrd. kubmetr təşkil edir və ötən ilin əvvəlindən ölkəyə təbii qazın idxalı dayandırılıb, ölkənin tələbatı daxili imkanlar hesabına ödənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR