OPEC neft hasilatını azaldır

OPEC neft hasilatını azaldır
# 24 oktyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) 2008-ci il noyabr ayının 1-dən etibarən gündəlik neft hasilatının həcmini 1,5 mln. barel azaldacaq. «APA-Economics»in məlumatına görə, bununla bağlı qərar OPEC-in bu gün Vyanada keçirilən fövqəladə iclasında qəbul olunub.
Qeyd edək ki, ilk öncə noyabr 14-nə planlaşdırılan bu iclasın vaxtı dünya bazarında neftin qiymətinin kəskin düşməsi səbəbində dəyişdirilib.
Beləliklə, OPEC üzvü olan Səudiyyə Ərəbistanı gündəlik neft hasilatı 466 min barel, İran 199 min barel, BƏƏ 134 min barel, Küveyt 132 min barel, Venesuela 127 min barel, Nigeriya 113 min barel, Anqola 99 min barel, Liviya 89 min barel, Əlcəzair 71 min barel, Qətər 43 min barel, Ekvador isə 27 min barel azaldacaq.
OPEC-in bu qərarının bazara təsiri ilə bağlı xüsusi araşdırma aparılacaq və onun nəticələrindən asılı olaraq, təşkilatın dekabrın 17-nə təyin edilən növbəti iclasında hasilat həcmlərinə yenidən baxılması istisna olunmur. Qeyd edək ki, sentyabr ayında OPEC-in gündəlik hasilatı 32,16 mln. barel təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR