Türkmənistan prezidenti Avstriya rəsmiləri ilə «Nabucco» layihəsinin perspektivlərini müzakirə edib

Türkmənistan prezidenti Avstriya rəsmiləri ilə «Nabucco» layihəsinin perspektivlərini müzakirə edib
# 24 oktyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Avstriyanın xüsusi məsələlər üzrə səfiri Marey Rayx-Rorviq və OMV konserninin baş direktoru Volfqanq Ruttensdorferi qəbul edib. Görüşdə təbii qazın Mərkəzi Asiyadan Avropaya nəqlini nəzərdə tutan «Nabucco» layihəsinin irəliləmə məsələləri müzakirə olunub.
«APA-Economics»in «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata əsasən, M.Rayx-Rorviq Avstriya tərəfindən Türkmənistanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması yollarının diversifikasiyasına istiqamətlənən siyasəti, həmçinin Türkmənistan prezidentinin beynəlxalq boru kəmərlərinin təhlükəsizlik zəmanətləri barədə BMT tərəfindən xüsusi qətnaməsinin qəbul edilməsi üzrə təşəbbüsünün tam dəstəkləndiyini söyləyib.
Q.Berdımühəmmədov isə öz növbəsində enerji daşıyıcılarının xaricə çıxarılması prosesində çoxvariantlılıq prinsiplərinə üstünlük verdiklərini bildirib, bu istiqamətində mövcud olan bütün təkliflərə baxmağı hazır olduqlarını vurğulayıb.
V.Ruttensdorfer isə qeyd edib ki, Türkmənistan prezidenti ilə görüşdə «Nabucco» layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə konstruktiv fikir mübadiləsi aparılıb: «Biz bu məsələlər üzrə bütün təklifləri dərindən öyrənərək Türkmənistan prezidentinin Avstriyaya nəzərdə tutulan səfərinə qədər hazırlayacağıq».
Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR