“Azersun”un istehsal etdiyi bitki yağları beynəlxalq konfransda 8 medal qazanaraq, ən yüksək nəticə göstərib

“Azersun”un istehsal etdiyi bitki yağları beynəlxalq konfransda 8 medal qazanaraq, ən yüksək nəticə göstərib
# 24 oktyabr 2008 16:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sankt-Peterburqda «Yağ Sənayesi 2008» VIII Beynəlxalq Konfrans keçirilib. «Azersun Holding»dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı «Azersun Holding»ə daxil olan «Bakı Yağ və Qida Sənaye» ASC təmsil edib. Konfrans çərçivəsində beynəlxalq münsiflər heyətinin iştirakı ilə müsabiqə keçirilib və «Bakı Yağ və Qida Sənaye» müəssisəsinin istehsalı olan yüksək keyfiyyətli müxtəlif markalı Azərbaycan yağları dequstasiya müsabiqəsində iştirak edərək 8 medal qazanıb. Ən yüksək nəticəyə nail olan Azərbaycanın milli yağları 4 qızıl və 4 gümüş medalla yanaşı, xüsusi diplomlarla da təltif olunub.

Qeyd edək ki, «Bakı Yağ və Qida Sənaye» ASC-nin istehsal etdiyi «Teksun», «Final», «Super Sun», «Paşa» və «Aysun» yağlarının istehsalına 1996-cı ildən başlanılıb. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR