Azərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib
# 24 oktyabr 2008 20:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, ölkə başçısını təbrik edən Endryu İnqlis andiçmə mərasimində iştirak etməsindən məmnunluğunu ifadə edib.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlıq edib. Prezident vurğulayıb ki, son beş ildə ölkəmizdə təkcə neft-qaz sektorunda deyil, hər bir sahədə, o cümlədən təhsil, səhiyyə, infrastrukturun inkişafı, siyasi və digər sahələrdə böyük irəliləyişlərə nail olunub.

Dövlət başçısı Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin və zəngin enerji resurslarının dayandığını deyib. bp şirkəti ilə Azərbaycanın artıq on beş il əməkdaşlıq etdiyini bildirən prezident bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR