Qazməmməd-Qazax magistral qaz kəmərində qəza baş verib

Qazməmməd-Qazax magistral qaz kəmərində qəza baş verib
# 25 oktyabr 2008 10:32 (UTC +04:00)
Ağstafa. Nəzakət Məşədiəliqızı-APA Ötən gün saat 19.00 radələrində Qazməmməd- Qazax magistral qaz kəmərinin Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən hissədə qaz sızması müşahidə olunub. Qazax Magistral Qaz Kəmərləri İdarəsinin rəisi Əhməd Pənahov APA-nın qərb bürosuna bildirib ki, ümumilikdə Azərbaycanın qərb bölgəsini mavi yanacaqla təmin edən bu magistral kəmər qəza vəziyyətindədir. Lakin bütün bölgə bu kəmər vasitəsilə təmin olunduğu üçün borudakı qazı tamamilə dayandırmaq mümkün deyil: “İdarənin işçiləri bu gün səhər saatlarında qaz sızması olan əraziyə gediblər. Orada müəyyən hissədə təbii qazın verilişi dayandırılıb. Ərazidə təmir işlərinə isə sabahdan etibarən başlanılacaq. Qəza baş verən ərazi yaşayış yerindən uzaq olduğu üçün heç bir təhlükə yoxdur".

Qeyd edək ki, sabah Tovuz və Ağstafa rayonlarında qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR