Azərbaycan yanvar-sentyabr aylarında neft məhsullarının idxalını 20% artırıb

Azərbaycan yanvar-sentyabr aylarında neft məhsullarının idxalını 20% artırıb
# 27 oktyabr 2008 11:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 233,6 mln. kVt/saat həcmində elektrik enerjisi, 59 770,7 ton neft məhsulları idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunmuş elektrik enerjisinin dəyəri 9 119,6 min ABŞ dolları, neft məhsullarının isə 72 457,6 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycana elektrik enerjisinin idxalı 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə azalıb, neft məhsullarının həcmi isə 20,2% artıb.
İdxal olunmuş elektrik enerjisinin dəyərinə gəlincə, bu, ötən ilin müvafiq dövrünə nisbətdə 2,2 dəfə azdır, neft məhsullarının isə 69% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 1 942 269,2 ton həcmində neft məhsulları ixrac olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR