«SOCAR Energy-Georgia» şirkəti Gürcüstanda «İlin İnvestoru» seçilib

«SOCAR Energy-Georgia» şirkəti Gürcüstanda «İlin İnvestoru» seçilib
# 12 noyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda təsis etdiyi «SOCAR Energy-Georgia» şirkəti bu ölkənin «Saxelebi» nəşriyyat evinin ekspertlərinin rəyi əsasında «İlin İnvestoru» elan olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
Şirkət qızıl hədiyyələri ilə mükafatlandırılıb, eləcə də xeyriyyə məqsədi ilə hərrac keçirilib.
ARDNŞ-in törəmə müəssisəsi olan «SOCAR Energy-Georgia» MMC bu günədək Gürcüstan iqtisadiyyatına 400 mln. ABŞ dollarından artıq investisiya yatırıb. Şirkət 2006-cı ilin mart ayında yaradılıb.
Qeyd edək ki, «Saxelebi» nəşriyyat evinin əsası 2002-ci ildə qoyulub. Nəşriyyat ədəbiyyat və publisistikanın təbliği məqsədi ilə onlayn layihəsi yaradıb, ədəbi-publisistik «Sindrom» jurnalını, habelə bütün sahələrdə tarixə düşən mühüm hadisə və şəxsiyyətlərdən bəhs edən «Saxelebi» jurnalını nəşr etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR