Azərbaycanda köhnə sənaye müəssisələrinin fəaliyyətinin bərpasına dair təkliflər hazırlanacaq

Azərbaycanda köhnə sənaye müəssisələrinin fəaliyyətinin bərpasına dair təkliflər hazırlanacaq
# 13 noyabr 2008 06:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda vaxtı ilə fəaliyyət göstərmiş sənaye müəssisələrinin bərpası və inkişaf etdirilməsi üçün təkliflər hazırlanacaq. Bu barədə «APA-Economics»ə sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov məlumat verib.
G.Cavadovun sözlərinə görə, bu təklilərin Sənayenin 2009-2014-cü illərdə İnkişaf Proqramının qəbulundan sonra hökumətə təqdim edilməsi nəzərdə tutulur.
Nazir müavini təkliflərin bəzi detallarını da açıqlayıb. Bu çərçivədə müəssisələrə fəaliyyətlərinin bərpası məqsədi ilə elektrik, qaz, su təchizatı ilə bağlı güzəştlərin tətbiqi, dondurulmuş vergi borclarının silinməsi, vergi yükünün yüngülləşdirilməsi, Dövlət Sosial Müdafiə Fonduna borcların və hesablanmış dəbbələrin silinməsi təklif olunacaq. Bundan başqa, təkliflərdə həmin müəssisələrə güzəştli kreditlərin verilməsi, xaricdən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və s. nəzərdə tutulur.
Nazir əlavə edib ki, analoji addım bu il Müdafiə Sənayesi Nazirliyi tərəfindən də atılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR