Azərbaycan oktyabrda dizel yanacağının istehsalını 11% artırıb

Azərbaycan oktyabrda dizel yanacağının istehsalını 11% artırıb
# 13 noyabr 2008 07:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayında Azərbaycanın neft emalı müəssisələrində 229,9 min ton dizel yanacağı istehsal edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
İstehsal edilmiş dizel yanacağının həcmi sentyabr ayı ilə müqayisədə 10,9% artıb.
Cari ilin yanvar-oktyabr aylarında isə ümumilikdə 1 982,45 min ton dizel yanacağı istehsal olunub və bu, 2007-ci ilin analoji 10 aylıq göstəricisini 49,1% üstələyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR