Azərbaycan oktyabrda benzin istehsalını 7% artırıb

Azərbaycan oktyabrda benzin istehsalını 7% artırıb
# 13 noyabr 2008 07:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayında Azərbaycanın neft emalı müəssisələrində 146,23 min ton benzin istehsal edilib ki, bu da sentyabr ayı ilə müqayisədə 7,1% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Bunun 121,71 min tonunu avtomobil, 24,52 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Avtomobil benzininin istehsalı sentyabr ayı ilə müqayisədə 6,8%, kimya üçün ilkin benzin fraksiyasının istehsalı isə 0,8% artıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 1 296,05 min ton benzin istehsal edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR