Gürcüstan-Rusiya münaqişəsi nəticəsində Azərbaycan neftin ixracından 1 mlrd. dollar az gəlir əldə edib

Gürcüstan-Rusiya münaqişəsi nəticəsində Azərbaycan neftin ixracından 1 mlrd. dollar az gəlir əldə edib
# 13 noyabr 2008 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının əvvəlində Gürcüstanla Rusiya arasında baş verən münaqişə nəticəsində Azərbaycan neftin ixracından 1 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edə bilməyib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən aparılan hesablamalara əsasən, bu il Gürcüstan və Rusiya arasında baş verən münaqişə nəticəsində ARDNF-in əldə edə bilmədiyi gəlir təxminən 1 mlrd. dollara bərabər olub.
Qeyd edək ki, avqustun 16-da Tiflisdən 45 km aralıda yerləşən Kaspi şəhərində körpü partladılıb. Partlayan körpü nəticəsində dəmir yolu ilə yükdaşımalar, o cümlədən Azərbaycan neftinin ixracı da dayandırılıb. Həmçinin, Bakı-Supsa neft kəməri ilə nəqletmənin bərpası xeyli ləngiyib.
Xatırladaq ki, hazırda Azərbaycanın ümumi valyuta ehtiyatlarının ümumi həcmi 18 mlrd. dollara bərabərdir və bunun 2/3 hissəsi Dövlət Neft Fondunun payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR