Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair tender elan edib

Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair tender elan edib
# 13 noyabr 2008 12:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin dekabr ayının 7-9-da 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının Ceyhan limanından ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğuya noyabrın 14-də yekun vurulacaq, nəticələr isə noyabrın 15-də açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan terminalına (Türkiyə) uzunluğu 1768 km, gündəlik ötürmə gücü 1 mln. barel olan Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR