Azərbaycan Türkiyədə neft emalı zavodunun inşası layihəsi çərçivəsində «SOCAR-Turcas Refinary» müştərək müəssisəsi yaradıb

Azərbaycan Türkiyədə neft emalı zavodunun inşası layihəsi çərçivəsində «SOCAR-Turcas Refinary» müştərək müəssisəsi yaradıb
# 13 noyabr 2008 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə bu ölkənin «Turcas» şirkəti ilə birlikdə «SOCAR-Turcas Refinary» müştərək müəssisəsi yaradıb. Birgə şirkət Türkiyənin İzmir şəhərinin Əlağa qəsəbəsində neft emalı zavodunun tikintisi layihəsi çərçivəsində təsis olunub. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, hazırda bununla bağlı müvafiq həquqi sənədlər hazırlanır: «Prioritetimiz bir qədər dəyişib. İlk növbədə Əlağa rayonunda neft emalı zavodunun inşasını planlşdırırıq. Biz Türkiyədə inşa olunacaq neft kompleksini uzunmüddətli şəkildə xammal ilə təmin etməyi planlaşdırırıq».
Xatırladaq ki, inşa olunacaq zavodun illik gücü ilkin olaraq 8-10 mln. ton planlaşdırılsa da, dəqiq rəqəmlər zavodun texniki iqtisadi əsaslandırması hazır olandan sonra məlum olacaq.
Qeyd edək ki, ARDNŞ həmçinin Türkiyənin Ceyhan limanı yaxınlığında da neft emalı kompleksi inşa etmək niyyətindədir. Lakin bunun üçün ARDNŞ Türkiyədən hələ lisenziya almayıb və bu layihə sonrakı mərhlədə reallaşa bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR