Sabah Azərbaycanla Qazaxıstan arasında Transxəzər Nəqletmə Sisteminin yaradılmasına dair sənəd imzalanacaq

Sabah Azərbaycanla Qazaxıstan arasında Transxəzər Nəqletmə Sisteminin yaradılmasına dair sənəd imzalanacaq
# 13 noyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 14-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Qazaxıstanın «Kazmunayqaz» Milli Neft-Qaz Şirkəti arasında saziş imzalanacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.
E.Nəsirovun sözlərinə görə, imzalanacaq sənədə Transxəzər Nəqletmə Sisteminin yaradılması layihəsinin əsas prinsiplər əks olunacaq.
BU sistem vasitəsilə Qazaxıstanda hasil olunan neft Xəzər dənizi ilə Azərbaycana nəql olunacaq və buradan Bakı-Tiflis-Ceyhan boru kəmərinə vurularaq dünya bazarlarına çıxarılacaq.
Azərbaycan tərəfindən sazişi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Qazaxıstan tərəfindən isə «Kazmunayqaz» şirkətinin prezidenti Kairgeldı Kabıldin imzalayacaq.
Xatırladaq ki, Bakı-Tiflis-Ceyhan kəmərinin illik gücü 50 mln. ton təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR