Metyu Brayza: «Avropa qaz təchizatında Azərbaycanın oynadığı strateji rolu çoxdan dərk etməli idi»

Metyu Brayza: «Avropa qaz təchizatında Azərbaycanın oynadığı strateji rolu çoxdan dərk etməli idi»
# 13 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa ölkələri Azərbaycanın Qərbin qaz təchizatında oynadığı strateji rolu çoxdan dərk etməli idilər. «APA-Economics»in məlumatına görə, bu bəyanatla ABŞ-ın dövlət katibi köməkçisinin müavini Metyu Brayza çıxış edib: «Biz Azərbaycanda neft və qaz hasilatının artırılmasının tərəfdarıyıq ki, bu, həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropaya kifayət etsin».
M.Brayza həmçinin vurğulayıb ki, ABŞ regionda boru kəmərlərinin inşası ilə bağlı bütün layihələri, o cümlədən «Nabucco» layihəsinin reallaşmasını dəstəkləyir. «Azərbaycanla Gürcüstan arasında enerji sahəsində əməkdaşlıq çox vacibdir», - deyə M.Brayza əlavə edib.
ABŞ rəsmisi həmçinin vurğulayıb ki, Rusiya Avropanın lazımi səviyyədə qazla təchiz etsə də, bu sahədə rəqabətin yaradılması üçün digər mənbələrin də müəyyənləşdirilməsi, o cümlədən Azərbaycan qazının Avropaya nəqlinin təşkili vacib məsələdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR