Azərbaycan neft hasilatını azaldır

Azərbaycan neft hasilatını azaldır
# 13 noyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanda nəzərdə tutulan proqnozdan 5 mln. ton (təxminən 10%) az neft hasil olunacaq və illik hasilat 47 mln. ton təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, hasilatın azalması dünya bazarında neftin qiymətinin düşməsi və Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» platformasında hasilatın bu ilin sentyabr ayından dayandırılması ilə bağlıdır.
R.Abdullayev onu da qeyd edib ki, dünya maliyyə bazarında baş verən proseslər nəticəsində ARDNŞ xaricdə həyata keçirdiyi layihələrin icrasını ləngidə bilər. Bu layihələrin icrasına xarici banklardakı likvidlik problemi həllini olunduqdan sonra başlanılacaq. Dünya maliyyə böhranı nəticəsində ARDNŞ tərəfindən xaricdə emal zavodlarının alınması məsələsində də müəyyən çətinliklər yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR