Azərbaycan «Lukoil»un «Yalama» layihəsindəki payının 15%-nin «Gaz de France» şirkətinə satmasına müsbət rəy verib

Azərbaycan «Lukoil»un «Yalama» layihəsindəki payının 15%-nin «Gaz de France» şirkətinə satmasına müsbət rəy verib
# 13 noyabr 2008 16:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın «Lukoil» şirkətinin Azərbaycanda «D222» («Yalama») geoloji kəşfiyyat layihəsindəki payının bir hissəsinin «Gaz de France» şirkətinə satılmasına dair müqavilənin bağlanmasına müsbət rəy verib. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in İnvestisiyaların idarə edilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, Rusiya şirkəti kommersiya məqsədi ilə «Yalama» layihəsindəki payının 15%-ni «Gaz de France» satıb: «Biz layihəni müzakirə etmişik və hesab edir ki, bu sazişdə bizə bu cür tərəfdaş vacibdir».
Qeyd edək ki, sazişin imzalanması nəticəsində «Lukoil»un layihədəki payı 65%-dək azalıb, ARDNŞ-in payı isə 20% həcmində qalıb.
Xatırladaq ki, «D222» («Yalama») strukturunun işlənməsi üzrə müvafiq beynəlxalq 25 illik müqavilə ARDNŞ ilə «Lukoil» arasında 1997-ci ildə bağlanıb. İndiyədək yataqda aparılan kəşfiyyat işləri nəticəsində burada neft və qaz ehtiyatları aşkarlanmayıb. Yaxın vaxtlarda şirkət yataqda ikinci kəşfiyyat quyusunu qazmağı planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR