Oktyabrda Bakı-Ceyhan kəməri ilə 2 mln. ton Azərbaycan nefti nəql olunub

Oktyabrda Bakı-Ceyhan kəməri ilə 2 mln. ton Azərbaycan nefti nəql olunub
# 14 noyabr 2008 07:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə 1 999 919 ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Cari ilin yanvar-oktyabr aylarında isə BTC ilə 28 167 838 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2008-ci il noyabr ayının 1-ə qədər BTC-yə 65 831 483 ton neft vurulub.
Qeyd edək ki, BTC-nin uzunluğu 1768 km, gündəlik ötürmə gücü 1 mln. barel təşkil edir. Dəyəri 4 mlrd. ABŞ dollarından artıq olan bu kəmərə ilk neft 2005-ci il mayın 25-də vurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR