Oktyabrda Ceyhan limanından 1,6 mln. Azərbaycan nefti ixrac olunub

Oktyabrda Ceyhan limanından 1,6 mln. Azərbaycan nefti ixrac olunub
# 14 noyabr 2008 07:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin oktyabr ayı ərzində Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından 16 tankerlə 1 602 892 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 27 910 918 ton (268 tanker) təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən (2007-ci ilin iyun ayından) 2008-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 607 tanker vasitəsi ilə 63 870 801 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhan terminalına (Türkiyə) uzunluğu 1768 km, gündəlik ötürmə gücü 1 mln. barel təşkil edən Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR