Azərbaycan yaxın iki ildə neft ixracını 25% artıracaq

Azərbaycan yaxın iki ildə neft ixracını 25% artıracaq
# 14 noyabr 2008 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın 2010-cu ildə neft ixracını 2008-ci ilə nisbətən 25% artıracağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, bu ilin sonunadək Azərbaycan 52 mln. ton neft ixrac edəcək: «Gələn il ölkədən ixrac olunan neftin həcmi 61 mln. tondan artıq, 2010-cu ildə isə 65 mln. ton olacağı proqnozlaşdırılır».
N.Əliyev onu da qeyd edib ki, məhz bu amil xarici ölkələri Azərbaycana cəlb edir. «Bununla Azərbaycanın neft-qaz potensialı məhdudlaşmır. Belə ki, ölkədə hələ kəşf olmayan strukturlar mövcuddur və gələcəkdə bununla məşğul olmaq lazımdır. Tezliklə bunları kəşf etmək, onları işə salmaq, bununla da ölkənin neft-qaz istehsalı səviyyəsini inkişaf etdirməliyik», - deyə N.Əliyev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR