2027-ci ilə qədər olan yanacaq-enerji balansının layihəsi hazırlanacaq

2027-ci ilə qədər olan yanacaq-enerji balansının layihəsi hazırlanacaq
# 02 fevral 2023 14:41 (UTC +04:00)

2024-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlanacaq.

APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, Energetika Nazirliyi və İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb 2023-cü il iyunun 1-dək Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR