Avropada qazın qiyməti 1 370 dollara yaxınlaşıb

Avropada qazın qiyməti 1 370 dollara yaxınlaşıb
# 22 iyun 2022 09:44 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 300 ABŞ dollarına çatıb.

"APA-Economics" xəbər verir ki, 21 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 1 368 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR