Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qaz ucuzlaşıb
# 03 oktyabr 2022 14:36 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarına yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 3 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 802,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,8% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR