Azərbaycan neftinin qiyməti həftə ərzində 1,6% azalıb

Azərbaycan neftinin qiyməti həftə ərzində 1,6% azalıb
# 16 iyul 2022 10:19 (UTC +04:00)

Həftə ərzində (11 – 15 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 115,67 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,75 dollar və ya 3,9% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 120,1 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 111,98 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 1,88 dollar və ya 1,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR