Ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib.
Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.