Azərbaycanın ötən il qara metal ixracından gəlirləri 17% artıb

Azərbaycanın ötən il qara metal ixracından gəlirləri 17% artıb
# 26 yanvar 2023 10:17 (UTC +04:00)

Ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 116 236,29 min ABŞ dolları dəyərində 147 712,14 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib. 2021-ci ildə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 80,2%, həcmi isə 2,2 dəfə artıb. 2021-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,28% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR