BTC vasitəsilə Türkiyə ərazisi ilə nəql edilən neftin həcmi 9,5% artıb

BTC vasitəsilə Türkiyə ərazisi ilə nəql edilən neftin həcmi 9,5% artıb
# 22 fevral 2023 15:13 (UTC +04:00)

Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərilə 19 167 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.

Bu barədə "APA-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR