Ekspertlər neftin ucuzlaşma sürətinin azalacağını proqnozlaşdırır

Ekspertlər neftin ucuzlaşma sürətinin azalacağını proqnozlaşdırır
# 30 sentyabr 2022 16:04 (UTC +04:00)

Neft qiymətlərindəki son eniş 2022-ci ilin dördüncü rübündə və 2023-cü ildə yavaşlaya bilər, çünki bazarda diqqət tələb narahatlıqlarından təklif sahəsində problemlərə yönəlib.

APA-Economics” xəbər verir ki, bu “Reuters” agentliyinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.

“Reuters”in sorğusuna qatılan 42 iqtisadçı və analitik “Brent” markalı neftin orta qiymətinin bu il bir barel üçün 100,45 dollar, 2023-cü ildə isə 93,70 dollar olacağını ehtimal edir.

Məlumata görə, avqust ayında sorğu iştirakçıları “Brent” markalı neftin orta qiymətinin 2022 və 2023-cü illərdə müvafiq olaraq 103,93 və 96,67 dollar olacağını proqnozlaşdırırdılar.

Bununla belə, proqnozlaşdırılan qiymətlər indiki qiymət səviyyəsindən yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR