Türkmənistan neftinin BTC ilə nəqli artıb

Türkmənistan neftinin BTC ilə nəqli artıb
# 22 iyul 2022 21:16 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun ayları ərzində Bakı Tbilisi Ceyhan neft kəməri boyunca 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkmənistan mənşəli neftin nəqli 746 min ton (155%) artaraq 1.2 milyon ton təşkil edib.

APA xəbər verir ki, bu barədə Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında keçirilən iclasda bildirilib.

Qeyd olunub ki, Yalama - Böyük Kəsik istiqamətində neft məhsulları (xüsusilə Qazaxıstan mənşəli neft məhsulları) dəmir yolu vasitəsilə eyni dövr ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 772 min ton (707% artım) artaraq 0.9 milyon ton olub.

Həmçinin o da bildirilib ki, Şərq-Qərb və Şimal-Qərb istiqamətləri üzrə tranzit yükdaşımaları (boru istisna olmaqla) 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2022-ci ilin eyni aylarında müvafiq olaraq 325 min ton (15% artım) və 873 min ton (205% artım) artaraq 2.5 milyon ton və 1.3 milyon ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR