Ukrayna qaz idxalından imtina edə bilər

Ukrayna qaz idxalından imtina edə bilər
# 06 iyun 2022 13:01 (UTC +04:00)

Ukrayna 10 il ərzində təbii qaz idxalından tamamilə imtina edə bilər.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Ukraynanın qaz nəqletmə sistemi operatorunun (OGTSU) rəhbəri Serhiy Makoqon öz “Facebook” hesabında paylaşın edib.

Onun sözlərinə görə, bunun üçün qaz hasilatının və bioqaz istehsalını artırmaq lazımdır.

Qeyd edək ki, bioqaz bioloji tullantıların çürüməsi nəticəsində əla olunur.

“Ukraynanın bioqaz istehsalı üçün çox böyük potensialı var – ildə 8 mlrd. kubmetrə qədər bioqaz. Bu, növbəti 10 il üçün çox iddialı məqsəddir. Ukraynanın öz qaz hasilatı və bioqaz hasilatını inkişaf etdirməklə qaz idxalından tamamilə imtina etmək üçün real imkanları var”, - paylaşımda bildirilir.

O, qeyd edib ki, iki ildən sonra Ukrayna ildə 0,5 mlrd. kubmetr bioqaz istehsal edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR