Ötən ilin dekabr ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 50,47 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin dekabr göstəricisi (72,71 dollar) ilə müqayisədə 30,6% azdır.
Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ildə “Urals” neftinin orta qiyməti 76,09 dollar təşkil edib, bu da illik müqayisədə 10,3% artım deməkdir. 2021-ci ildə bu göstərici 69 dollar səviyyəsində olub.