Bakı-APA. ABŞ diplomatları BMT-nin Təhlükəsizlik Şurasında İsrail HƏMAS münaqişənə dair qətnamənin qəbul olunmasına veto qoyublar.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsində Qəzza bölgəsindən olan fələstinlilər ilə İsrail arasında münaqişənin genişlənməsindən narahatçılıq qeyd olunub.
ABŞ-ın BMT-dəki nümayəndəsi Erin Pelton bildirib ki, qətnamə layihəsində münaqişənin əsas səbəbi olan Qəzzadan İsrail ərazisini raket atəşinə tutulması əks olunmayıb. Onun fikrincə bu sənəd münaqişə tərəflərini zorakılığı dayandırmağa təkan verməyəcək.