Görkəmli xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə dəyirmi masa keçirilib

Görkəmli xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə dəyirmi masa keçirilib
# 16 noyabr 2012 12:43 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Silinməz iz” adlı sərgi və dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva bildirib ki, bugünkü dəyirmi masa xalq rəssamı Lətif Kərimovun anadan olması münasibəti ilə təşkil olunub. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd xalça mədəniyyəti tarixində özündən sonra dərin iz buraxan ustad sənətkarın yaradıcılığını, yaratdığı əsərləri, sənətə gətirdiyi yenilikləri, eləcə də qədim xalça sənətini, onun mahiyyətini gənc nəslə aşılayıb, onlarda bu sənətə maraq, həvəs, məhəbbət hissi yaratmaqdır.

Tədbir münasibəti ilə həmçinin “Açıq qapı” günü elan olunub və gələn qonaqlar L. Kərimovun həyat və yaradıcılığı haqqında mühazirələr dinləyib, sənətkara həsr olunmuş filmə baxıblar. Sərgidə sənətkara məxsus şəxsi əşyalar, 2 cildlik “Lətif Kərimov fenomeni” adlı kitab, “Şəbi- hicran”, “Ləcək- turunc” xalçaları nümayiş olunub.

Qeyd edək ki, bu il Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yaranmasının 45 illik yubileyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR