Qarabağ addımının arxasındakı hədəf - TƏHLİL

Qarabağ addımının arxasındakı hədəf   - <span style="color: red;">TƏHLİL
# 21 noyabr 2012 11:04 (UTC +04:00)

Bakı - APA. Platon “ədalətsizlik edən ədalətsizliyə məruz qalndan daha səfildir” deyib. Xüsusən islam coğrafiyasında ədalətin ayağına güllə sıxaraq ağır-axsaq yeriməsinə səbəb olan bəzi siyasətçilər bu çirkin vərdişlərindən heç cür əl çəkə bilmir. Bunun ən canlı örnəyini dünyanın hər yerində görürük. Fələstində, Azərbaycanda, Suriyada, hər yerdə...

Eyni anlayışa sahib siyasətçilər, çoxmədəniyyətli Avstraliyada olduğu kimi, bunu sərgiləmək istəyir. Parlament arenalarını bu çirkin siyasətə alət etməyə çalışırlar. Bu cür yanaşma ortaya qoyanlar ilk mərhələdə qazanc əldə etsələr də, yekunda ölkələrinin dünya arenasındakı imicini zədələyirlər. Bunun ən canlı örnəyini Fransada gördük. Erməni diasporasının dəstəyini arxasına alan Avstraliyanın Yeni Cənubi Uels ştatının millət vəkili Marie Fikarra Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin ermənilərə məxsus olduğunu önə sürərək parlamentdə bu mövzuda qanun qəbul etdirməyə çalışır. Erməni işğalı altında 21-ci ilini tamamlayan və çox ağır faciələrin yaşandığı Dağlıq Qarabağla bağlı yalan, yanlış bilgilərlə qosqoca parlamenti yanıltmağa çalışırlar. Əlbəttə, bu cür təşəbbüslər Avstraliyada ilk dəfə olmadığı kimi, son addım da olmayacaq. Etirazlara rəğmən, yaxın keçmişdə Sidneydə uydurma “soyqırım” abidəsinin qoyulması ortadadır.

Əslində bu məsələdən siyasi qazanc əldə etmək istəyənlər ötənlərdə Fransa prezidenti Nikola Sarkozinin uydurma “soyqırım” məsələsindəki fiaskosunu və əldə etdiklərini-etmədiklərini görməlidir. Nə isə... Məsələnin bizi maqraqlandıran tərəfinə gəlincə, deməliyik ki, Yeni Cənubi Uelas ştatı parlamentində Dağlıq Qarabağla bağlı qərarın qəbulunun uydurma “erməni soyqırımı” məsələsi ilə bağlılığı var. Əsl məqsəd Dağlıq Qarabağ problemini gündəmə gətirərək uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı ictimai rəy yaratmaqdır. Bir növ, yoxlama aparılır. Buna paralel olaraq, digər məqsəd də Türkiyə ilə Avstraliya arasındakı tarixi əlaqələrə “soyqırım” gurultusu ilə kölgə salmaq və ya baltalamaqdır.

Məlum olduğu kimi, Türkiyə ilə Avstraliya hökumətlərinin ortaq qərarı ilə Çanaqqala savaşının 100-cü ildönümünə böyük hazırlıq işləri aparılır. Bu çərçivədə Çanaqqala valisi bu yaxınlarda Avstraliyaya gedərək proqramın detallarını müzakirə edəcək. İki ölkənin baş nazirləri bu ilin aprel ayında Ankarada tədbirlər proqramını müəyyən etmişdi. Buna əsasən tədbirlərə 2013-cü ildə start veriləcək, 2015-ci ildə isə böyük bir mərasimlə iki ölkə münasibətləri ən yüksək səviyyəyə çıxarılmış olacaq. Elə bu an ölkəmizə qarşı nifrət duyğusu daşıyanlar araya girir. Maraqlıdır ki, Çanaqqala savaşının 100-cü ildönümü ilə uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü eyni ilə, hətta eyni həftəyə - həm də bircə gün fərqlə - təsadüf edir. 24 apreldə saxta “soyqırım”ın, 25 apreldə isə Çanaqqalanın ildönümüdür. Erməni diasporasının hədəfi bu ərəfədə uydurma “soyqırım”ı dünya ölkələrinə qəbul etdirmək və 2015-ci ildə görkəmli bir finala nail olmaqdır. Bu məqsədlə diaspora erməniləri tərəfindən yaradılan təşkilat komitəsi artıq Livanın paytaxtı Beyrutda ilk toplantısını keçirib. Hətta toplantıya Ermənistanın Livandakı səfiri Aşot Koçaryan rəhbərlik edib.

Yekun olaraq bir daha qeyd etmək yerinə düşər ki, Avstraliyanın Yeni Uels ştatı parlamentində Erfmənistan işğalı altında olan Azərbaycan torpağı Dağlıq Qarabağı Ermənistana aid etmə təşəbbüslərinə hər kəs diqqət etməlidir. Dağlıq Qarabağın Azərbaycana aid olduğu yönündə başladılan imza kampaniyasına hər kəs dəstək verməlidir. Hər şeydən əvvəl, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyən BMT qətnamələri var.

Növbəti yazıda bu mövzunu davam etdirəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR