ABŞ səfirliyi ADU-da "Education USA" təhsil yarmarkası təşkil edib - FOTO

ABŞ səfirliyi ADU-da "Education USA" təhsil yarmarkası təşkil edib - FOTO
# 04 iyun 2022 13:10 (UTC +04:00)

ABŞ səfirliyi Azərbaycan Dillər Universiteti (ADU) nəzdində olan Bakı Amerika Mərkəzində "Education USA" təhsil yarmarkası təşkil edib.

APA xəbər verir ki, sərginin açılışında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger iştirak edib.

Səfir bildirib ki, bu sərgi ABŞ universitetlərinin təmsilçiləri və məzunlarının iştirakı ilə təşkil olunub və azərbaycanlı gənclər, tələbələr üçün ABŞ-dakı təhsil imkanlarının öyrənmələrinə imkan verir.

ABŞ-da təhsil almaq istəyənlər bu sərgidə məzunlarla görüşür onların təhsil təcrübəsi barədə öyrənir.

Mın burada çox sayda azərbaycanlı gəncləri görürəm, onların marağı böyükdür və yeri gəlmişkən onlar ingiliscə çox yaxşı danışır. Bugünkü sərgi azərbaycanlı tələbələr üçün dünyanın birinci klass keyfiyyətli təhsili barədə öyrənmək imkanı verir", amerikalı diplomat bildirib.

Təhsil yarmarkasında ABŞ-da təhsil almış azərbaycanlılar tələbələrlə söhbət etmək, sualları cavablandırmaq və ABŞ-da təhsili təşviq etmək üçün ABŞ diplomatları ilə iştirak ediblər.

Qeyd edək ki, "Education USA" ABŞ Dövlət Departamentinin 270-dən çox ölkədə 400-dən çox beynəlxalq tələbə məsləhət mərkəzini birləşdirən şəbəkəsidir. Şəbəkə ABŞ-da akkreditə olunmuş ali təhsil müəssisələrində təhsil almaq imkanları barədə dəqiq və aktual məlumatlar təqdim etməklə bütün dünyada tələbələrə ABŞ ali təhsilini təbliğ edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR