ABŞ Ukraynaya 625 milyon dollarlıq əlavə hərbi yardım paketi elan edəcək

ABŞ Ukraynaya 625 milyon dollarlıq əlavə hərbi yardım paketi elan edəcək
# 04 oktyabr 2022 19:25 (UTC +04:00)

ABŞ Ukraynaya 625 milyon dollar dəyərində əlavə hərbi yardım paketi elan edəcək.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə adı açıqlanmayan ABŞ rəsmisi bildirib.

Qeyd olunub ki, yardım paketinə 4 HIMARS sistemi də daxil olacaq. Bununla da Ukraynanın istifadəsində olan HIMARS sistemlərinin sayı 20-yə çatacaq.
Birbaşa ABŞ ehtiyyatlarından ayırılacaq silah və sursatlara 16 ədəd 155 mm-lik haubitsa və 16 ədəd 105 mm-lik haubitsa da daxil olacaq.
Sonuncu yardım paketi ilə ABŞ-ın 24 fevraldan sonra Ukraynaya etdiyi ümumi yardımın həcmi 16,8 milyard dollara çatacaq.
Qeyd edək ki, ABŞ ötən həftə Ukraynaya 1,1 milyard dollar dəyərində növbəti yardım paketini bəyan edib. Bu paketdə 18 ədəd HIMARS sisteminin istehsalçılardan alınaraq Ukraynay göndərilməsi nəzərdə tutulub. Yeni HIMARS sistemlərin Ukraynaya bir qədər gec çatdırılacağı, lakin onun təhlükəsizliyinin orta və uzun müddətdə qorumasınaı təmin edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR