Avropa Azərbaycan Məktəbində “Məktəbə Qayıdış” adlı koorporativ tədbir təşkil edilib.
Məktəbdən APA-ya verilən xəbərə görə, ölkəmizdə fəaliyyət göstərən bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, aparıcı şirkətlərin rəhbər və nümayəndələri, habelə məktəb əməkdaşalrını bir araya gətirən tədbir uğurlu korperativ münasibətlər fonunda faydalı olub.
Avropa Azərbaycan Məktəbi və “Azeri Observer” nəşrinin birgə təşkilatşılığı ilə ərsəyə gələn tədbir məhsuldar iş əlaqələrinin müzakirə və təhlili üçün əlverişli platforma olub.
Tədbir ölkəmizdə fəaliyyət göstərən tanınmış milli və beynəlxalq qurumların üzvlərini bir araya gətirən əhəmiyyətli şəbəkə və ünsiyyət mühiti olaraq əlamətdar idi. Bu cür tədbirlər müxtəlif sahələr üzrə nüfuz qazanmış ayrı-ayrı şirkət və qurumlar arasında əlaqə yaratmaqla əməkdaşlıq platformasının formalaşdırılmasına kömək edir.
Avropa Azərbaycan Məktəbinin (EAS) direktoru Francesco Bankini və “Azeri Observer” jurnalının direktoru Arslan Abbasov qonaqları salamlayaraq tədbiri açıq elan ediblər.
Hər iki direktor qonaqların iştirakı üçün onlara səmimi təşəkkürlərini bildirib və tədbirin əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Gecə boyu iştirakçılar təhsil və innovasiyadan tutmuş biznes və mədəni diplomatiyaya qədər müxtəlif mövzularda fikir mübadiləsi və müzakirələr aparıblar. Tədbir, iştirakçılar üçün yeni tərəfdaşlıqlar qurmaq, mövcud əlaqələri dərinləşdirmək və peşəkar şəbəkələri genişləndirmək üçün unikal fürsət olub.
Avropa Azərbaycan Məktəbi əməkdaşlıq və korporativ ünsiyyət platforması təmin edərək müxtəlif sektordan olan işgüzar insanları bir araya toplayıb. Bu cür toplantılara ev sahibliyi etməklə, qurum diplomatlar, biznes liderləri və təhsil mütəxəssisləri arasında işgüzar əlaqələri gücləndirməyə, nəticədə beynəlxalq əməkdaşlığa və qarşılıqlı anlaşmaya kömək edən faydalı mühit bərqərar etməyə xidmət edir.
Şəbəkələşmə tədbiri məktəbin intellektual mübadilə və əməkdaşlıq mərkəzi kimi mövqeyini bir daha təsdiqləyib. Bu, iştirakçılar üçün əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq üçün potensial imkanları araşdırmaq üçün dəyərli imkan yaradıb.
Avropa Azərbaycan Məktəbi şəbəkələşmə tədbirlərinin əhatəsini daha çox genişləndirmək və inkişaf etdirmək üçün əlavə imkanlar yaratmaq istiqamətində çalışır.