Avropa Komissiyası “Brent” neftinin qiyməti üzrə proqnozunu yüksəldib

Avropa Komissiyası “Brent” neftinin qiyməti üzrə proqnozunu yüksəldib
# 15 may 2023 12:38 (UTC +04:00)

Avropa Komissiyası 2023-2024-cü illər üçün “Brent” markalı neftin bir barelinin qiyməti üzrə proqnozunu yüksəldib.

APA-Economics”in Avropa Komissiyasına istinadən verdiyi xəbərə görə, qurum 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 63,9 ABŞ dollarından 76,3 dollaradək yüksəldib.

Proqnoza görə, 2024-cü ildə “Brent” neftinin qiyməti 72,1 dollar təşkil edəcək (öncəki proqnoza əsasən 61,6 dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR