Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 16 avqust 2022 23:00 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 991 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 394, üç və daha çox doza vaksin vurduranların sayı 1 082, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 182 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 841 097, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 476, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 068, üç və daha çox doza vaksin vurduranların sayı 3 353 237, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 316 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR