Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 29 oktyabr 2022 17:05 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 555 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 246, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 43 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 910 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 900, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 313, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 409, pozitiv nəticədən sonra buster doza olunanların sayı 262 981 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR