Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 29 noyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 398 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 196, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 46 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 921 785, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 645, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 832, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 410, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 898 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR