Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb
# 20 sentyabr 2022 15:54 (UTC +04:00)

“Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb”.

APA xəbər verir ki, bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur:

“Onkoloji xəstələrin müalicəsi üçün vəsaitin artırılmasına ehtiyac var. Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır. Bu problemlə bağlı seçicilər tərəfindən olan müraciətlərin sayında da artımlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR