Azərbaycanda son sutkada 4 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 4 nəfər COVID-19-a yoluxub
# 22 may 2022 16:38 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 712 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.

Ölkədə son sutka ərzində 2 510, hazırkı dövrədək isə 6 872 506 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR