Azərbaycanın İrandakı səfiri təbii fəlakət qurbanlarının ailələrinə başsağlığı verib 

Azərbaycanın İrandakı səfiri təbii fəlakət qurbanlarının ailələrinə başsağlığı verib 
# 31 iyul 2022 20:56 (UTC +04:00)

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranda sel və daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

APA-nın Tehran bürosunun məlumatına görə, səfir Tvitter səhifəsində paylaşdığı başsağlığı mesajında bildirib: “İranda baş verən sel və daşqınlarda çox sayda insanın həlak olması və itkin düşməsinə görə dərin narahatlıq keçirdik. İran xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verir, onlara Allahdan səbr diləyirik.

Allah rəhmət eləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR